Ceki Çan kəskin qocalmasının səbəbini açıqladı

Son görüntüləri ilə sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olan honkonqlu aktyor Ceki Çan bunun səbəbini açıqlayıb. Bu barədə ulduz özünün “Instagram” hesabında yazıb.

Ceki Çan pərəstişkarlarını sakitləşdirib və bunu yeni filmə hazırlığı ilə izah edib. “Mənim personajımın ağarmış saçları, ağ saqqalı və yaşlı görünməsi lazımdır”, - deyə o bildirib.

Aprelin 7-də 70 yaşı tamam olan aktyor bu rəqəmlərdən narahat olmadığını və fiziki cəhətdən özünü yaxşı hiss etdiyini bildirib. O, həmçinin “böyük qardaşı” Sammo Hundan “Qocalmaq bir nemətdir” sitatını gətirib.

Aktyor ad günündə dostlarının təbrikinə necə reaksiya verdiyini də danışıb: “Hər dəfə bu rəqəmi eşidəndə ürəyim bir saniyə dayanır. Artıq 70 yaşım var...” - deyə Çan bildirib.

62 illik karyerası barədə isə o, hələ də filmdə çəkildiyi üçün şanslı olduğunu deyib.
“Bu fotolara baxaraq, xoş anlar xatırlayıram. Bircə onu deyə bilərəm ki, film çəkməyi və hamınızı sevirəm”, - deyə Ceki Çan sözlərini yekunlaşdırıb.


Tarix: 9-04-2024, 10:34 Oxunub: 380


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31