11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Alimlərin kəşfi - Ekzoplanetin atmosferində nəhəng göy qurşağı

Portuqaliya, İtaliya, Böyük Britaniya və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu Balıqlar bürcündə Yerdən 640 işıq ili uzaqlıqda yerləşən WASP-76b ekzoplanetinin atmosferində nadir hadisə aşkarlayıblar. Tədqiqat “Astronomy & Astrophysics” elmi jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, uzaq dünyanın buludlarında xüsusi bir halo növü olan qloriya var. Qloriya işıq mənbəyinin qarşısında buludlarda və ya dumanda görünən göy qurşağı dairəsi və ya halədir. Günəş sistemində bu optik hadisə yalnız Yer və Venerada baş verir və son vaxtlara qədər Günəş sistemindən kənarda heç vaxt müşahidə olunmayıb.

Alimlərin fikrincə, qloriyanın WASP-76b atmosferində görünməsi bu dünyanın xüsusiyyətlərini nəzərə alsaq, ikiqat qeyri-adidir. O Yupiterdən demək olar ki, iki dəfə böyük olan qaz nəhəngidir. Ulduza yaxın yerləşdiyinə görə WASP-76b-də gündüz temperatur 2,4 min °C-dən artıq olur ki, bu da dəmiri buxarlamaq üçün kifayətdir. Buna görə də, planet qaz halında olan metal buludları ilə örtülüdür və onun üzərinə vaxtaşırı dəmir yağışları yağır.

Astronomlar qeyd ediblər ki, onların kəşfi digər planetlərin atmosfer şəraitini daha yaxşı öyrənməyə və optik xüsusiyyətlərin dəyişməsi ilə onların üzərində maye suyu tapmağa kömək edəcək.


Tarix: 6-04-2024, 09:14 Oxunub: 215


Bölməyə aid digər xəbərlər