63 yaşlı kahin 12 yaşlı qızla evləndi

     Qanada 63 yaşlı kahin 12 yaşlı qızla evlənib. Bu barədə “Mirror” məlumat yayıb. Mediada yayılan məlumata görə, Qborbu Vulom adlı şəxs 12 yaşlı Naa Okromo ilə evlənib.
     Toy iştirakçılarının biri bildirib ki, nikah köhnə yerli adət-ənənə ilə baş tutub. Adət-ənənəyə əsasən kahin bakirə qızla evlənməlidir. Bundan əlavə, afrikalı kahin gəlini onun altı yaşı olarkən seçib. İndi Naa “təmizlənməyə” həsr olunmuş başqa bir mərasimdə iştirak etməlidir. Bundan sonra o, arvadlıq vəzifələrini yerinə yetirə və uşaq dünyaya gətirə biləcək. Bütün yerli sakinlər kahinin seçiminə dəstək verməsələr də, ağsaqqallar insanları sakitləşdirməyə çalışıb. “O, hələ məktəbdədir və əri ilə yaşamır. Bu, qanuni nikah yaşına qədər davam edəcək”, deyə məlumatda bildirilir.


Tarix: 3-04-2024, 09:28 Oxunub: 235


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31