Birləşmiş Millətlər Təşkilatının ekspertləri dünyanın ən xoşbəxt ölkəsini müəyyənləşdiriblər. İllik Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.
Reytinq martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Günü münasibətilə açıqlanıb.
Skandinaviya ölkələri yenidən birinci pillələrdə qərarlaşıb: belə ki, Danimarka 2-ci, İslandiya 3-cü, İsveç 4cü yerdədir.
Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatında Azərbaycan 101-ci yerdə göstərilib. Türkiyə 98-ci, Rusiya 72-ci, İran 100-cü yerə layiq görülüb. Reytinqdə son üç yer (141-ci, 142-ci və 143-cü) Lesoto, Livan və Əfqanıstana məxsusdur.
Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Tədqiqatçılar onu tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına hörmət, iş təhlükəsizliyi, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar.
Bölməyə aid digər xəbərlər