Qar yağdı, hamı sevindi, çox gözəl. İndi gəlin qarın yağması ilə bağlı yaranan bəzi fəsadlardan danışaq. Bilirsinizmi, bu iki gündə nə qədər vətəndaşımızın: beli, qolu, ayağı, hətta boynu sınıb? Təbiidir ki, bu məsələdə təbiiəti günahlandıra bilmərik. Bu xoşagəlməz hallar daha çox iş adamları və onlara nəzarət etməli olan dövlət qurumlarının şəriştəsizliyi ucbatından baş verir. Bu adamlar sanki Azərbaycanda qarın yağa bilmə ehtimalını tam sıradan çıxarıblar. Məhz buna görə də, öz ticarət obyektlərinin girişini və pilləkənlarını hamamlarda istifadə olunan sürüşkən kafellərlə bəzəyiblər. Bu iki gündə belə “obyektlərin” qarşısında bir neçə adamın sürüşərək yığıldığına şəxsən özüm şahidlik etdim. Tikintiyə nəzarət edən qurumlar bu faktoru necə nəzərə almadan, belə “obyektlərin” istismara yararlı olduğu ilə bağlı müsbət rəy veriblər?
Məhəmmədəli Qəribli
Bölməyə aid digər xəbərlər