21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
ŞƏRƏFLİ ÖMÜR: Əməkdar Hüquqşünas DAVUD CARÇIYEV

    Bu gün   Əməkdar Hüquqşünas, Hüquq Elmləri Doktoru, Prezident təqaüdçüsü  Davud Carçıyev Hacıkərim oğlu haqqında söhbət açmaq istəyirik. 
   Carçıyev Davud  01 may 1929 -cu ildə Qazax rayonu Çaylı kəndində anadan olmuşdur. 1946-cı ildə orta məktəbi gümüş medalla bitirmişdir. 1948 -ci ildə Qazax Müəllimlər İnistitunun tarix fakültəsini bitirmişdir. Lakin bununla kifayətlənməyərək ADU (BDU) Hüquq fakültəsinə daxil olmuş, 1953-cü ildə Azərbaycan Dövlət Universitenin ( Bakı Dövlət Universiteti ) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbə vaxtı Carçıyev Davud yazdığı elmi işinə görə tələbələr arasında keçirilən müsabiqədə ikinci yerə layiq görülərək fərlənmişdir.
    Universiteti bitirdikdən sonra əmək fəaliyyətinə balamış və təyinatı üzrə  Beyləqan, Şəmkir, Göyçay və s. rayonlarda   müstəntiq, baş müstəntiq vəzifələrində çalışmışdır. 
    Sonralar öz doğma yurdu Qazax rayonunda əmək fəaliyyətini dəvam etdirmişdir. 1955-ci ildən Azərbaycan Vəkillər Kolleqiyasının  Regional Təftiş Komissiyasının sədri kimi fəaliyət göstərmişdir. 1991-ci il 04 fevral tarixdə “Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası” fəxri adını almışdır. 
Davud Carçıyev dəfələrlə Respublikada məsləhət işlərində obyektivliyinə görə fəxri fərmanlarla təltif olunmuşdur,  "Keçici Qırmızı Bayraq" -a layiq görülmşüdür.
    1999-cu il 20 may tarixində Respublika Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə Davud Carçıyev “Hüquq Doktoru” fəxri adını almışdır.
Davud Hacıkərim oğlu Carçıyev 2006-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin. 
 Hələ bu gün də bir çox şəhərlərdə, rayonlarda Carçıyev soyadını eşidən hüquq işçiləri, ədliyyə işçiləri ilk olaraq soydaşlarımızdan Davud Carçıyev haqqında soruşurlar.
   ALLAH RƏHMƏT ELƏSİN.


Tarix: 28-11-2023, 15:52 Oxunub: 281


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı