Carçıyev Mehman Davud oğlu...
1964-cu il iyun ayının 25-də Qazax şəhərində ziyalı ailəsində anadan olub. Mehmanın atası Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası, əməkdar ədliyyə işçisi, Prezident təqaüdçüsü, Azərbaycan Vəkillər Kolleqiyasının regional təftiş komissiyasının sədri Carçıyev Davud Hacıkərim oğludur ( ** Davud Carçıyev / 1929 – 2006, Qazax rayonu Çaylı kəndində doğulub, 20 may 1999-cu ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyyətinin qərarı ilə “Hüquq Doktoru” fəxri adını almışdır.)
Mehman Carçıyev 1970 - 1980-ci illərdə Qazax şəhəri 1 nömrəli orta məktəbdə təhsil alaraq, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının – Bitkiçilik və şərabçılıq fakültəsinə daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra təyinatla Qazax rayonu (hazırda Ağstafa rayonu) şərab zavodunda operator, baş operator və növbə rəisi vəzifələrində çalışmışdır.
Vətənimizin üstünü qara buludlar aldığı vaxtda Mehman da hər bir qeyrətli azərbaycanlı kimi Vətənin müdafiəsi üçün bir an belə düşünmədən ön cəbhəyə yollanır, 1992 -1994 –cü illərdə ağır döyüşlərdə iştirak edir (cəbhənin Qazax rayonu istiqamətində bütün bölgələrdə)
1994 –cü ildə atəşkəs elan olunduqdan sonra 1996 –cı ilədək ordu sıralarında baş leytenant rütbəsində xidmətinə dəvam edir. 1996 –cı ildə döyüşlərdə aldığı xəsarətlərdən, sağlamlığı yol verməməsi səbəbindən, səhhəti ilə əlaqədar – baş leytenant rütbəsində ehtiyata buraxılır. Sonralar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Bitki mühafizəsi və karantini şöbəsinin Qazax rayon təşkilatında baş müfəttiş, növbə rəisi vəzifəsində çalışmışdır. Hazırda Mehman Carçıyev Qazax rayonu Mərkəzi Xəstəxanasının mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyir.
3 ( üç ) uşaq atasıdır.
Bölməyə aid digər xəbərlər