22 iyul Milli Mətbuat Günü münasibəti ilə uzun illərdir Mətbuat Xidmətinin rəhbəri vəzifəsifısində çalışan Tünzalə İsmayılovaya mənzil hədiyyə olunub.
Əldə etdiyimiz məlumata görə Tünzalə İsmayılovaya ev bir iş adamı tərəfindən hədiyyə edilib.
Tünzalə İsmayılova xəbəri təsdiqləyib: "Bəli, 15 ildir bu sahədə çalışıram və illərdir ki, bu anı gözləyirdim. İnsan qarşısına məqsəd qoyub bir yola çıxarsa, ona mütləq şəkildə nail olur. Bu sevinci mənə yaşadan, əməyi keçən hər kəsə minnətdaram".
Qeyd edək ki, T.İsmayılova uzun illər AVP-Mətbuat Xidmətinin rəhbəri, “Şərur” MTK-nın Mətbuat Xidmətinin rəhbəri və “Defakto”.az xəbər saytının rəhbəridir.
Nəzərinizə çatdıraq ki, Tünzalə İsmayılova bir neçə ildir kirayədə yaşayır.
Ailəlidir 2 övladı var.
Biz də öz növbəmizdə Tünzalə xanımı ürəkdən təbrik edirik.
Bölməyə aid digər xəbərlər