11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Xaçmazda 31 yaşlı əkiz qardaşların davası ölümlə bitib

   İyulun 7-də, saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində evlərin birində 1992-ci il təvəllüdlü Kamran və Orxan İsgəndərov əkiz qardaşlarının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Yerli sakinlərin verdikləri məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Orxan Mirzə oğlu İsgəndərov rayonun Yalama qəsəbəsi, Meşəli kəndində babasına məxsus mülkün ona aid olduğunu bildirib.
     Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.
     Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.


Tarix: 7-07-2023, 16:01 Oxunub: 151


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı