Ədliyyə naziri Qazax rayonunda vətəndaşları qəbul edəcək

    Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov iyunun 2-də Qazax rayonunda ədliyyə fəaliyyəti ilə bağlı Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.
Vətəndaşlar qəbula Şəmkir regional ədliyyə idarəsi (ünvan: Heydər Əliyev prospekti 2, (02230) 5-48-81, (055) 993-20-25), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) və (099) 317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
    Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.


Tarix: 1-06-2023, 12:06 Oxunub: 258


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930