Sumqayıtda qəribə vəziyyət yaranıb. Qəribəliyə səbəb ölkənin üçüncü böyük şəhərinin kim tərəfindən idarə olunması ilə bağlıdır. Məsələ belədir ki, hal hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı rəsmi olaraq Zakir Fərəcovdur. Lakin onun səhhətində son zamanlar yaranmış problem səbəbindən davamlı olaraq, işə gedib-gələ bilmədiyi deyilir. İddalara görə, Fərəcov xeyli müddətdir xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq, Almaniya və ya İsraildə müalicə alır. Hətta o da bildirilir ki, icra başçısı ötən ilin sonlarına yaxın əməliyyat belə olunub. Elə bu səbəbdən də Zakir Fərəcovun əksər rəsmi tədbirlərə qatılmadığı, işdə isə yalnız günün birinci yarısı gəldiyi deyilir. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının faktiki olaraq bir neçə müavini var. Müxtəlif sahələr üzrə təyinat almış müavinlər icra başçısı olmadığı təqdirdə, şəhərin idarəçiliyini həyata keçirməlidirlər.
Lakin faktiki olaraq, Sumqayıtın idarəçiliyini İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev reallaşdırır. Gündüz Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir. Son zamanlar isə o, bir il bundan öncə vəfat etmiş və postu hələ də boş qalmış müavinlərdən birinin səlahiyyətlərini icra edirdi. Əliyev bir ildir ki, müavin olmaq üçün çalışsa və bu məqsədlə bir sıra idarəetmə işlərini həyata keçirirsə də sonda məqsədinə nail ola bilmədi və bu posta kənardan təyinat verildi. Onu da bildirək ki, bu müddət ərzində onun təqdimatının iki dəfə Prezident Admnistrasiyasından geri qaytarıldığına dair xəbərlər də var. Məlumata görə, admnistrasiya Gündüz Əliyevin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə məqbul hesab etməyib.
Xəbəral.az-a istinadən xəbər veririk ki, bunun da əsas səbəbi Gündüz Əliyevin Sumqayıt şəhərindən olan Qazilərlə yola getməməsi və adının bir sıra qalmaqallara qarışmasıdır. Məlumatlı mənbələrin dediyinə görə, hələ ötən il bir qrup Qazini qəbul edən Gündüz Əliyev ilk dəfə onlara müxtəlif vədlər verərək, yola salıb. Lakin bir müddət sonra həmin Qazilər vədlərin yerinə yetirilmədiyi səbəbindən təkrar şöbə müdiri ilə görüşməyə cəhd edirlər. Bu zaman Gündüz Əliyev onlarla kobud davranaraq, qəbul otağından çıxarılmaları barədə göstəriş verib. Həmin vaxt məsələnin sədası Prezident Admnistrasiyasına qədər gedib çatıb. Elə həmin zamandan onun müavin olmaq arzusu xəyala çevrilib. Məsələ bununla da bitmir, bildirək ki, Gündüz Əliyevin adın əvvəllər də qalmaqallara qarışıb. Məsələn, onun tender oyunlarının əsas aparıcı simalarından biri olduğu deyilirdi. Elə buna görə də, Sumqayıtda bütün təmir-tikinti işlərinin nəzarətini də ələ keçirməyə nail olmuşdu. Həmin tender oyunları sayəsində imkanlarını genişləndirən sözügedən şöbə müdirinin Sumqayıt Bulvarında qolf stadionu və xeyli sayda restoran və mülkləri olduğu deyilir. Bundan başqa, onun adı “MTN işi”ndə də hallanırdı. İddia edilirdi ki, şöbə müdiri ləğv edilmiş MTN-in rəhbərliyinə aylıq “xərac” verirmiş…
Xəbəral.az
Bölməyə aid digər xəbərlər