11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Zakir Fərəcovun gizli əli Abşeronda hansı hoqqalardan çıxır?

İcra başçısının adı daha bir qalmaqalda hallanır.
Bu barədə məlumat verən mənbə vurğulayır ki, Sumqayıt ŞİH başçısı Zakir Fərəcov gizli əldən istifadə etməklə hücüm taktikasına keçib. İcra başçının hansı məqsədlə belə bir addım atdığı isə məlum deyil. Belə ki, üzün müddət Abşren rayon Masazır qəsəbəsində bələdiyyə sədri işləmiş Siyanfər Əliyev bütün vasitələrdən istifadə edərək yaşadığı Abşeron rayonunda narazı kütlənin yaradılmasına çalışır. Diqqətinizə çatdıraq ki, bu şəxs ölkə mətbuatına heç də münasib formada gəlməyib. MTN olaylarından bu günə qədər keçmiş bələdiyyə sədri dövlətdən kifayət qədər vəsait mənimsəyib. Növbəti yazılarımızda bu barədə qeyd edəcəyik. Bunlardan əlavə ölkə mətbuatı qeyd edirdi ki, Siyanfər Əliyevə “krişalıq” edən şəxs heç də sıradan birisi olmayıb. Onun arxalandığı məmur isə MTN generalı, kifayət qədər cinayət törətmiş Akif Çovdarovun olduğu söylənəlirdi. A. Çovdarovun Masazır qəsəbəsində törətdiyi cinayət əməllərinin bir qismindən S. Əliyevin məlumatı olsada, heç bir zaman hüquq mühafizə orqanlarını məlumatlandırmayıb, bir sözlə cinayəti bilə-bilə gizlədib. Bütün bunları qeyd etməkdə məqsəd odur ki, keçmiş bələdiyyə sədri cəmiyyətimiz üçün olduqca təhlükəli fiqurdur. İşlədiyi dövürdən alətə çevrilməyinə baxmayaraq şəxsi hesabıni da lazımı qədər artırıb. Hazırda isə Siyanfər Əliyev Sumqayıt ŞİH başçısı Zakir Fərəcov üçün vuran əl kimi “fəaliyyət” göstərir. Belə bir şəxsin fəaliyyəti isə olduqca utanvericidir. Sual yaranır.
1)Masazırda bələdiyyə sədri işlədiyin dövürdə hansı problemlərin öhtəsindən gəlmisiniz?
2)Qəsəbənin bütün ərazilərini istədiyiniz formada, istədiyiniz qiymətə satdığınız halda bələdiyyə daxilində ciddi nöqsanları yaratmaqda məqsəd nə idi?
3)Bələdiyyə seçkilərində məğlub olduqdan sonra yeni bələdiyyə sədrinə qarşı açdığın gizli savaş kimə və nəyə xidmət edirdi?
Çox istərdik ki, Z. Fərəcovun sevimli kadırı sualları cavablandırsın. İnana bilməzdik ki, dövlətdən kifayət qədər vəsait mənimsəyən belə bur saxtakar şəxs yenidən vəzifə sahibi olacaq. Təbii ki, məqsəd alətə çevrilmiş Siyafər Əliyevdən sui-istifadə etməkdir.
Əldə etdiyimiz digər bir məlumatda bildirilir ki, S.Əliyev gizli şəkildə Abşeron rayon icra hakimiyyətindən və digər qurumlardan həqiqətə uyğun olmayan informasiyalar ötürür. Bu istiqamətdə araşdırmalarımız davam edir.
DOSYE.ORG


Tarix: 18-03-2021, 09:14 Oxunub: 365


Bölməyə aid digər xəbərlər