Ürək sağlamlığına zərərli olan QİDALAR

Mütəxəssislər ürək sağlamlığı üçün bir neçə qidadan imtinanı tövsiyə edib.
Bu barədə kardioloq Raed Barqut və dietoloq Krutika Nanavati danışıb.
Onların sözlərinə görə, emal olunmuş ətlər, şəkərli içkilər və qızardılmış qidaları həyatınızdan çıxarmalısınız.
“Emal olunmuş yağsız ətlər ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskini artıra bilən qidaların siyahısında birinci yerdədir. Əsasən də “street food”lardan imtina etmək lazımdır. Həmçinin, enerji içkiləri piylənməyə səbəb olan məhsullar arasındadır.
Qızardılmış kartof və toyuq kimi qidalar ürəyiniz üçün çox zərərlidir. Çünki onlar qeyri-sağlam yağlarda bişirilir”, – Barqut bildirib.
Dietoloq Nanavati qeyd edib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkməmək üçün sağlam qidaları seçmək vacibdir. Bu zərərli qidalar əvəzinə təzə meyvə və tərəvəzlərə, yağsız zülallara və taxıllı qidalara üstünlük vermək vacibdir.



Tarix: 25-03-2023, 10:51 Oxunub: 424


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930