11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda polis rəisi sənədi məhkəməyə göndərmədiyi üçün barəsində DİN-ə təqdimat verildi

   Ağcabədi Rayon Polis Şöbəsinin rəisi cəzalandırıla bilər. 
Bu barədə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) ötən ilin yekunlarına dair hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, ərizəçi Ombudsmana müraciət edərək, övladının Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üç gün həmin şöbədə qanunsuz olaraq saxlanıldığını və bu müddət ərzində pis rəftara məruz qaldığını bildirib, məsələnin obyektiv araşdırılmasında və həmin polis əməkdaşları barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib.
Şikayətlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciətə verilmiş cavabda inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra məhkəməyə göndərmədiyi üçün Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barəsində İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati icraat başlanaraq vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Daxili İşlər Nazirliyinə təqdimat göndərildiyi bildirilib.


Tarix: 3-03-2023, 15:52 Oxunub: 159


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı