Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu tərəfindən Cənab Prezidentə və digər səlahiyyətli orqanlara şikayət ünvanlanmışdır.... Həmin şikayət məktubunu olduğu kimi dərc edirik:
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Dövlətinin Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə;
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının Sədri cənab Samir Nuriyevə;
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Fuad Ələsgərova;
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Gündüz Kərimova;
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova;
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Əli Nağıyevə;
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya;
Azərbaycan Respublikasının Milli Məclisin Sədr müavini və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü cənab Adil Əliyevə;
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə;
Azərbaycan Respublikasının Baş Prokurorunun Birinci müavini cənab Elçin Məmmədova;
Azərbaycan Respublikasının Baş Prokurorunun müavini cənab Elmar Camalova;
Azərbaycan Respublikasının Baş Prokurorunun müavini cənab Heydər Məmmədova;
Azərbaycan Respublikasının Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi cənab Tural Aslanova;
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbova;
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini cənab Asəf Sarıkişiyevə;
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini cənab Emin Mürsəliyevə;
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya;
Qazax rayon Prokuroru cənab Rauf Gözəlova;
Qazax rayon Polis Şöbəsinin rəisi cənab Sənan Əsədova;
Qazax rayonu, Ağköynək kənd sakini Mustafayev Murad Bəhmən oğlu tərəfindən
Əlaqə telefonu: 055-870-01-70
Təkrar Şikayət Ərizəsi
HÖRMƏTLİ PREZİDENTİMİZ VƏ DİGƏR SƏLAHİYYƏT SAHİBLƏRİ!!!
Mənim şikayətim Sizin həyata keçirdiyiniz təqdirəlayiq xarici və daxili siyasətə kölgə salan, Sizinlə Xalq arasında uçurum yaradan , Sizin qətiyyətli tapşırıqlarınıza zidd olaraq, hələ də korrupsiya ilə məşğul olan Qazax rayon Ağköynək-Qarapapaq Bələdiyyəsinin sədri Nəzakət Bilal qızı Mansurovadan və onun dediyi kimi digər əlaqəli vəzifəli şəxslərdən şikayət ərizəsi ilə Sizlərə müraciət etmişdim.
Şikayət ərizəm Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi cənab Təhmasib Yusifov tərəfindən qeyri-obyektiv, düzməcə və cəfəng izahatlarla, sübutları, səsyazılarını əsassız və səthi araşdırılaraq, 05.08.2022-ci il tarixli “ cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir.
Həmin qərar Qazax rayon Prokurorluğunun qətiyyətli, qanuni, ləyaqətli və şərəfli araşdırması nəticəsində şikayətim və yoxlama qaydasında araşdırılaraq, Qazax rayon Prokurorluğunun 16 sentyabr 2022-ci il tarixli Qərarı ilə ləğv edilmiş və müvafiq Qərarla, Qərarda göstərilmiş halların araşdırılması üçün yenidən Qazax RPŞ-nin İstintaq Bölməsinə geri qaytarılmışdır. Ancaq, hələ də iki aydır ki, Qazax rayon Polis Şöbəsində heç bir araşdırma aparılmır və məni İB-nin rəisi Şöbəyə dəfələrlə çağıraraq, “şikayətçi olmamağım barədə ərizə yazmağımı və pul götürməyimi “ təkidlə bildirir. Mən isə dəfələrlə şikayətrçi olduğumu və mənə qarşı edilmiş cinayətə düzgün hüquqi qiymət verilməsini və sübutların hərtərəfli araşdırılması, şikayətdə adı çəkilmiş şəxslərin izahatlarının alınmasını, Nəzakət Mansurova ilə birlikdə Ləman Şərafəddin qızı Musayevanın da işə təqsirləndirilən şəs qismində cəlb edilməsini və onların barəsində xcinayət işinin başlanılaraq, baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilməsini tələb etsəm də, Qazax RPŞ-nin İB-nin rəisi heç bir tədbir görmür və görməkdə də maraqlı deyildir.
Bu isə bir vətəndaş olaraq, mənə qarşı edilmiş etinasızlıq, edilmiş cinayətə görə təqsirkarların cinayət məsuliyyətinə cəlb edil əmçələri Dövlətin qanunla qorunan maraqlarına və Müzəffər Ali Baş Komandan zati-Aliləri İlham Əliyev cənablarının Ölkədə neqativ halların qətiyyətlə aradan qaldırlması iə bağlı yürütydüyü siyasətə və əməllərə ziddir.
Mən təkrarən bildirirəm ki, mənə qarşı cinayət etmiş şəxslərdən Mansurova Nəzakət Bilal qızından və sonuncunun qızı bildiyimə görə hərbi qulluqçu olan Musazadə Ləman Şərafəddin qızından və digər səsyazısında adları keçən və digər təqsirkar şəxslərdən şikayətçiyəm və onların cinayət məsuliyyətinə verilməsini israrla xahiş və tələb edirəm.
Mən Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının əsgəriyəm və hər an Ölkə xaricində və daxilində olan mənfur düşmənlərlə vuruşmağa hazıram.
Belə ki, 13.11.2022-ci il tarixdə Ləman Musazadə özü mənə facebook sosial şəbəkəsindən yazmışdır ki, “ 21 yerə yazdın nə oldu ki, borc almışdıq borcunu qaytardıq. Sən və sənin evindəki ağköynək vətəndaşısız ki torpaq istəyirsiz harda qeydiyyatdasız ordan da alın torpağınızı”.
Ləman Şərafəddin qızı Musazadə 21 ünvana şikayət yazmağın əbəs olduğunu, onların istənilən orqana nüfuz edə biləcəklərini və etdiklərini və cinayət işini özlərinin istədiklərimi kimi yekunlaşdıra biləcəklərini və buna qadir olduqlarını mənə yazdığı mesajda başqa sözlə ifadə etmişdir.
Bu barədə sübutu tələb edildiyi halda, ibtidai istintaq orqanına hər an təqdim edə bilərəm və elektron qaydada göndərdiyim şikayətimə əlavə edəcəyəm.
Bu isə onu təsdiq edir ki, həmin şəxslər mənə qarşı aşkar dələduzluq etmişlər və onların niyyəti mənim onlara olan etibarımdan sui-istifadə etməklə, mənim əmlakımı, pulumu ələ keçirmək olmuşdur.
Qazax RPŞ-nin İB həmin işi AR CPM-nin 39-42-ci maddələrinə əsasən xitam barədə , yaxud “ cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarı qəbul etmək niyyətindədir. Belə olmasa idi, indiyə kimi qanuni qərar qəbul edilərdi və mənə şikayətçi olmamağımla bağlı ərizə yazmaqla bağlı təzyiqlər olunmazdı.
Mən isə istənilən halda, şikayətçiyəm və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilmələrində və Qazax rayon Prokurorluğunun 16 sentyabr 2022-ci il tarixli Qərarında göstərilən halların araşdırılmasında israrlıyam.
Sizdən xahiş edirəm ki, baş vermiş və hələ də davam edən süründürməçiliyə, etinasızlığa son qoyulması, Dövlətin maraqlarının təmin edilməsində, cinayət hadisəsi barəsində ədalətli, qanuni qərar qəbul edilməsinin və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilmələrinin təmin edilməsində köməklik edəsiniz.
Qoşma: qərarın surəti, Qazax rayon Prokurorluğunun məktubu, Ləman Musayevanın yazışması.
Hörmətlə: Mustafayev Murad Bəhmən oğlu.
Tarix: 14.11.2022-ci il
Əlaqə telefonu: 055-870-01-70
Bölməyə aid digər xəbərlər