Zəlzələdən zərər çəkənlərə verilən yardımı oğurlayan 10 oğru tutuldu

Adanada zəlzələ qurbanlarının uşaq bezi, konserv, diş pastası və fırçalarını oğurladığı iddia edilən 10 şübhəli həbs edilib.
Xarici mediayanın  məlumatına görə, zəlzələlərin vurduğu vilayətlərdən biri olan Adanada 12 mənzil dağılıb, bir çox binaya ciddi ziyan dəyib. Bir çox sakin dağılma təhlükəsi səbəbindən evlərini tərk edib. Vəziyyətdən istifadə edənlər boş binalara girərək oğurluq etməyə başlayıblar.
Polis oğurluq hallarına qarşı fəaliyyətə başlayıb. Qruplar ev və iş yerlərindən oğurluq etdikləri təsbit edilən 10 şübhəlinin şəxsiyyətini müəyyən edib və yardım materiallarını zəlzələ bölgələrinə aparıblar. Şübhəlilər ünvanlarına edilən əməliyyatla nəzarətə alındı.
Axtarışlar zamanı 12 bağlama uşaq bezi, 13 konserv, 13 diş pastası və fırça, çoxlu ülgüc və köpük, gigiyena materialları, akkumulyatorlar və tikinti materialları götürülüb.
Şübhəlilər polis bölməsindəki əməliyyatlarının ardından ədliyyəyə sövq edilib. Sülh cəza hakimi tərəfindən şübhəlilər həbs olunub.


Tarix: 13-02-2023, 10:03 Oxunub: 268


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930