11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov İTV-də yayımlnan “Şənbə axşamı” verilişinin qonağı olub.
Nazir verilişdə özüylə bağlı bir sıra maraqlı məqamları da açıqlayıb.
Nazir ilk öncə sosial şəbəkədən aktiv şəkildə istifadə etməsindən danışıb.
Məlum olub ki, Fərid Qayıbov verilişə telefon zəngi ilə yox, elə sosial şəbəkə vasitəsilə dəvət olunub:
“Çalışıram ki, bütün mesajlara cavab verəm, amma bəzən alınmır. Bəzən şərhlərdə yazırlar ki, inboksu niyə oxumursunuz? Amma mən bütün günü feysbukda ola bilmərəm. Yazılan mesajların çoxunun məzmunu eynidir – çox adam yazır ki, sizin komandanızda olmaq istəyirəm. Əslində, bu, məni sevindirir. Sevinirəm ki, belə aktiv gənclərimiz var”.
Nazir verilişdə idmançıların saqqal saxlaması məsələsinə də münasibət bildirib:
“İndi saqqal çox populyardır. İndi bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.


Tarix: 5-02-2023, 12:16 Oxunub: 235


Bölməyə aid digər xəbərlər