“Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı

Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.
 DİN Mətbuat xidmətindən  bildirilib ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində yerləşən 8-ci kilometr bazarında (“Vosmoy”) olan zaman 1991-ci il təvəllüdlü A.Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib.
Araşdırmalarla hadisəni törədən şəxsin əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.
Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.
Araşdırma davam etdirilir.

Tarix: 26-01-2023, 15:06 Oxunub: 252


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930