26.12.2021 ci il tarixdə səhər saatlarında qarşılaşdığım bir mənzərə sözün həqiqi mənasında mənə o qədər gözəl təsir bağışladı ki, öz hisslərimi Azərbaycan Xalqı ilə bölüşmək istədim:
1992-1996 -cı illərdə Qazax rayon "Bala Cəfərli rotası", başda komandir Yaşar Abdullayev olmaqla, keçmiş döyüşçü yoldaşları ilə birlikdə böyük marketlərin birinin qarşısında yığışdıqlarını gördüm. Vətən müharibəsi döyüşçüsü Eldəniz Əlvəndovu yaxından tanıdığım üçün ilk öncə onunla görüşüb hal-əhval tutduqdan sonra marketə nə üçün gəldiklərini soruşdum. Cavabında alış-veriş etmək üçün gəldiklərini söylədi.
Etdikləri alış-veriş bir az gözümə çox dəydiyi üçün fikirləşdim ki, yəqin döyüş yoldaşları ilə birlikdə hər hansısa bir bayram tədbiri keçirəcəklər...
Sual verdim: "Qardaş, xeyir olsun, nə məsələdir, bu qədər alış-veriş etməyinizin səbəbi nədir?
İlk öncə demək istəməsələr də bir az israr etdikdən sonra dedilər ki, imkansız döyüş yoldaşlarımıza bayram sovqatı almışıq.
Söhbət ərəfəsində bildirdilər ki, "Bala Cəfərli rotası" olaraq daima hər zaman imkansız döyüş yoldaşlarımızı bir an olsun belə unutmuruq., Dövlətimiz, Cənab Prezidentimiz sağ olsun, müharibə iştirakçılarını daima diqqət mərkəzində saxlayır, onların qayğısına qalır, buna baxmayaraq biz də öz gücümüz daxilində döyüş yoldaşlarımızın ailəsinə əlimizdən gələn nə varsa edirik.
Sözün doğrusu igid, vətənpərvər qardaşlarımızın bu gözəl davranışı məni həddindən artıq qürurlandırdı.
Döyüşçü qardaşlarımızdan çox xahiş etdim ki, icazə verin sizin bu gözəl hərəkətlərinizi işıqlandırım... Çünki, siz gələcək nəslə örnək bir döyüşçülərsiniz.
Əvvəlcə razı olmadılar. Çox xahiş edib, çox israr etdikdən sonra mənim xahişimi yerə salmayıb razılıq verdilər. Məndə öz növbəmdə döyüşçü qardaşlarıma sonsuz təşəkkürlərimi bildirdim.
Döyüşçü qardaşlarımla söhbət ərəfəsində bildirdilər ki, bu yaxınlarda Cənab Prezidentimiz İlham Əliyev Cənablarına cəza çəkmə müəssisəsində cəza çəkən döyüşçü yoldaşları, məhkum Hüseynov Mürsəlin əhf olunması ilə bağlı "Bala Cəfərli rotası" adından məktub yazıb ünvanlayıblar. Qürur hissilə bildirdilər: - "Çox sağ olsun ki, Prezidentimiz məktubumuzu alar-almaz bu işə anında reaksiya verdi, Prezident İlham Əliyev Cənablarına öz dərin təşəkkürlərini bildirərək həmişə, hər zaman Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının yanındayıq. 24 Dekabr Ali Baş Komandan İlham Əliyev Cənablarını ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda uzun ömür və can sağlığı arzulayırıq".
ATİA.AZ saytı olaraq biz də öz növbəmizdə kollektivimiz adından döyüşçü qardaşlarımızın bu gözəl davranışını alqışlayaraq onlara həyatda uzun ömür, möhkəm can sağlığı arzu edirik.
Siz bizim qürur mənbəyimizsiniz, əziz döyüşçü qardaşlar!
Sizinlə qürur duyuruq!!!
Sizinlə fəxr edirik!!!
Elnur Quliyev, ATİA.AZ
Bölməyə aid digər xəbərlər