Ötən gün taksi xidmətindən istifadə edən xanım sərnişinlərdən biri əxlaqsızlığa məruz qadığı barədə məlumat vermişdik.
Məsələnin ictimailəşməsindən sonra 1972-ci il təvəllüdlü taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun barəsində əmələ görə inzibati icra işi aparılıb. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, sosial mediada geniş müzakirə obyektinə çevrilən hadisə ilə bağlı xanım sərnişini qınayanlar da olub. Onun taksi sürücüsü ilə mülayim danışması birmənalı qarşılanmayıb.
Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım onu qınayanlara cavab verib:
“Siz mənim yerimdə olsaydınız, nə edərdiniz? O maşında tək idim və axşam vaxtı maşında qapılar kilidli idi. Mən onunla aqressiv danışsaydım, maşını başqa yerə sürüb başıma oyun açardı.
Nə qədər düşüncəsiz, zəif insanlarsınız ki, buna nə ad qoyursunuz?! Rəvac verən insan heç vaxt video çəkiliş edib ictimailəşdirməz.
Bir-birimizə düşmən olmayaq. Unutmayın ki, bu hadisə bütün insanların, hətta sizin xanımlarınızın da başına gələ bilər”.
Taksidə baş verən əxlaqsız durumla bağlı taksi şirkəti də reaksiya verib: “Yaranmış hadisədən xəbərdarıq və müştəri ilə bu barədə danışıqlar aparılıb. Sürücünün bu cür hərəkəti qəbuledilməzdir və bu barədə lazım olan tədbirlər görülüb”.
Bölməyə aid digər xəbərlər