Yeni açılacaq "Xocəsən" metrostansiyasından XƏBƏR VAR

Bakı metropoliteninin "Xocəsən" elektrik deposu və eyniadlı yerüstü stansiyasında tikinti və quraşdırma işləri tam başa çatıb.
Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiya və depo ərazisində tənzimləmə və sınaq işləri görülür.
"Hazırda stansiya və depoda inşaat işləri tam yekunlaşıb. Quraşdırma, sazlama, tənzimləmə və infrastrukturla bağlı məsələlərinin tam əksəriyyəti həllini tapıb. Hazırda sınaq və tənzimləmə işləri aparılır. Zəruri yerlərdə texnoloji proseslərə uyğun olaraq sazlanma işləri davam etdirilir".
Xatırladaq ki, "Xocəsən" elektrik deposu və "Xocəsən" yerüstü metro stansiyasının ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.


Tarix: 22-12-2022, 11:05 Oxunub: 326


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31