Bakının yeni yerüstü metro stansiyası ilə bağlı YENİ XƏBƏR



Bakı Metropoliteninin Bənövşəyi xətt üzərində inşa edilən "Xocasən" deposunun sərnişin stansiyası üzərində çətirin qurulmasına başlanıb.
 
Bunu  cavab olaraq Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda depoda kompleks tikinti-quraşdırma işləri davam etdirilir.
"Stansiya çətiri quraşdırılandan sonra platformada dəmir yolu infrastrukturu başlanacaq. Stansiyada hazırda yardımçı və texniki otaqlarda infrastruktur işləri davam etdirilir.
Bununla yanaşı, depo ərazisində də quraşdırma işləri aparılır", - B. Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, tikinti quraşdırma işləri hazırki səviyyədə davam edərsə, Xocahəsən deposu və yerüstü metro stansiyası bu ilin axırına istifadəyə verilə bilər.

Trend


Tarix: 21-04-2022, 16:07 Oxunub: 406


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31