Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);
9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
15. Mikayl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
16. “20 Yanvar” dairəsində;
17. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
manşet.az
Bölməyə aid digər xəbərlər