Bu yollarda tıxac var - SİYAHI



Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
 
Mərkəzdən  bildirilib ki,  hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - kənar yolda;
3. Binəqədi şosesində - mərkəzə doğru - Azadlıq prospekti metro stansiyası istiqamətində;
4. Rövşən Cəfərov küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;
5. Abdulvahab Salamzadə küçəsində, Qələbə dairəsindən Ziya Bünyadov prospekti ilə kəsişməyədək;
6. Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
7. Tbilisi prospektində 20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi ilə kəsişməyədək A.Bakıxanov küçəsi istiqamətində;
8. Ak.Həsən Əliyev küçəsində Tbilisi prospekti ilə kəsişmədən 1 saylı Asan xidmətin qarşısına qədər;
9. Abbasqulu ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq;
10. Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən;
11. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda, həmçinin Bağırov körpüsündən Heydər Əliyev Mərkəzi istiqamətində əsas və kənar yolda;
12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;
13. Yusif Səfərov küçəsində, Xocalı prospekti ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində və əks istiqamətdə 28 may küçəsinə dönən hissədə;
14. 28 may küçəsində Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək;
15. Dilarə Əliyeva küçəsində, Puşkin küçəsi ilə kəsişmədən hər iki istiqamətdə kəsişməyədək;
16. Kövkəb Səfərəliyeva küçəsində 28 may küçəsi ilə kəsişmədən hər iki istiqamətdə.

Manset.az


Tarix: 13-06-2022, 09:03 Oxunub: 222


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı