11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sevgilisinə özünü “Yarasa”nın zabiti kimi təqdim etdi, yalanı üzə çıxdı...

Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad şərtidir) məhkəməsi başa çatıb.
 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Ruhəngüz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Ruhəngüzə zəng edərək, guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində olduğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüblər. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstəsinin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
Anar bu ərəfədə Ruhəngüzi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümümulikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb. 
2021-ci ilin sonlarında isə Ruhəngüzlə Anarın münasibətləri pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan sonra Anar Ruhəngüzə mesaj yazıb: “Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi “cırdılar”, hər şeyimi aldılar əlimdən”.
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O, həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.


Tarix: 12-11-2022, 09:57 Oxunub: 137


Bölməyə aid digər xəbərlər