“Sosial mediada gənclərin rolu” mövzusunda tədbir keçirildi... - QAZAXDA

    17 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Aparatının  işçilərinin və gənc partiya fəallarının iştirakı ilə “Sosial mediada  gənclərin rolu” mövzusunda  tədbir keçirildi. 
    Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq, cəmiyyətimizdə informasiya texnologiyalarının bir qolu olan  sosial şəbəkələrdə fəaliyyətlə bağlı ətraflı məlumat verdi. Rayon təşkilatının sədri beynəlxalq aləmdə və ölkəmizdə cərəyan edən hadisələrdən ətraflı bəhs edərək, hər bir partiya üzvünün sosial medyada fəallığının vacibliyini ön plana çəkdi və bu yönümdə öz tapşırıq və tövsiyyələrini verdi. 
    Tədbirdə çıxış edənlər məsələ ilə bağlı fikir və təkliflərini bildirdilər.

 
 


Tarix: 17-08-2022, 16:08 Oxunub: 278


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31