21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
YAP Qazax rayon təşkilatında gənc könüllülərlə görüş keçirildi

     
20 iyul 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının inzibati binasında YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ərəfəsində gənc könüllülərlə görüş keçirildi. 
      Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafına nail olunması üçün həyata keçirilən “Dövlət Gənclər Siyasəti”ndən ətraflı danışdı. Bu siyasətin Yeni Azərbaycan Partiyasının fəaliyyətində də mühüm yer tutduğunu və Yeni Azərbaycan Partiyasının günü – gündən gəncləşən könüllülər partiyası olduğunu xüsusilə qeyd etdi. YAP Qazax rayon təşkilatının yaradılmasının 29-cu ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyətindən bəhs edən A.Nəbiyev gənclərə öz dəyərli məsləhət və tövsiyyələrini verdi.
      Gənc könüllülərdən Vüqar Mehdizadə, Aysu Bağırova və başqaları çıxış edərək gördükləri işlərdən, həyata keçirdikləri tədbirlərdən danışdılar.


Tarix: 20-07-2022, 13:15 Oxunub: 309


Bölməyə aid digər xəbərlər