Azərbaycanda tanınmış vəkil həbs edildi...

Azərbaycanda tanınmış vəkil həbs edilib.
Belə ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.
O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.
Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloqer Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.
V.Səfərli barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Lent.az-a açıqlamasında bildirib ki, V.Səfərli əvvəllər kollegiyanın üzvü olub.
Onun sözlərinə görə, V.Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.


Tarix: 19-05-2022, 14:21 Oxunub: 338


Bölməyə aid digər xəbərlər