16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
“Facebook”da işə başlayan azərbaycanlı gəncə şirkət corab hədiyyə etdi - FOTO



Azərbaycanlı gənc Emin Quliyev ABŞ-ın çoxmillətli korporasiyalarından olan “Meta”da Baş proqram mühəndisi vəzifəsində işə başlayıb.

Bu barədə o özü məlumat verib.
E.Quliyev qeyd edib ki, fəaliyyətə başlaması münasibəti ilə “Meta” ona bir cütü ağ, o biri isə qara olmaqla 2 cüt corab hədiyyə edib.
Corabların üzərində isə “Hər bir səyahət ilk addımdan başlayır və hər bir ortaqlıq bir səslə başlayır. “Meta”da icma yaratmaq üçün addım atmaq budur”.
Münhen Texniki Univestitetini bitirən E.Quliyev bu təyinata qədər “Microsoft”, “Amazon” və “Delivery Hero” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, “Facebook” bir müddət öncə rebrendinq edərək “Meta” adlanıb və hazırda bu şirkətin “Facebook”, “Messenger”, “Instagram” və “WhatsApp” tabeliyindədir.
Ötən ilin sonuna olan məlumata görə, “Meta”nın əməkdaşlarının ümumi sayı 72 minə çatır.


Tarix: 7-04-2022, 16:58 Oxunub: 335


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031