Şirkətdə fəhlə iş yoldaşını bıçaqlayaraq öldürüb

Oktyabrın 7-si saat 22:00 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Tarix: 12-10-2021, 21:40 Oxunub: 389


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930