11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda 9-cu sinif şagirdindən 60 qəpiyə görə ŞOK ƏMƏL

Bu ilin 28 mart tarixində Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində mağaza sahibinin bıçaqlanması hadisəsinin təfərrüatları məlum olub.
Hadisəni törədən 16 yaşlı Əhmədov Eldar Natiq oğlu ( ad, soyad şərti verilib) ifadəsində hadisəni 60 qəpiyə görə törətdiyini deyib.
Belə ki, 28 saylı orta məktəbin 9-cu sinif şagirdi olan yeniyetmə daim nisyə mal aldığı qonşuluqdakı mağazaya gəlib. O, mağaza sahibindən ona 60 qəpiklik günəbaxan tumu və bir neçə siqaret verməsini xahiş edib. Mağaza sahibi isə "rədd ol burdan, nağd alanda başqa marketə gedirsən, nisyə olanda isə bura gəlirsən" deyib. Bundan sonra yeniyetmə bıçaqla mağaza sahibinə hücum edib və ona ağır xəsarətlər yetirib.
Yeniyetmə hadisədən sonra "Neftçilər" metrostansiyası yaxınlığına gedib və telefonunu söndürüb. O, bir neçə gün parklarda gecələdikdən sonra Maştağaya evlərinə qayıdıb və atası oğlunu polisə təhvil verib.
Xoşbəxtlikdən mağaza sahibinin həyatını xilas etmək mümkün olub.
Məhkəmə hadisə törədən şəxsin yetkinlik yaşına çatmamasını, peşmançılıq çəkmsini və sair halları nəzərə alaraq ona güzəşt edib və şərti cəzaya məhkum edib.


Tarix: 29-09-2021, 08:04 Oxunub: 1 074


Bölməyə aid digər xəbərlər