Rasim Balayevin tükürpədən görüntüsü - VİDEO

Xalq artisti Rasim Balayev düşmən tapdağından azad olunan Şuşaya gedib. Cıdır düzündə torpağı öpən sənətkar duyğulu anlar yaşayıb.

Həmin görüntülər Lalə Azərtaşın aparıcılığını etdiyi “Birinci Studiya” proqramında nümayiş olunub.

Aparıcı Xalq artistinin sağlamlığı ilə bağlı problemlər yaşasa da, Şuşaya getdiyini bildirib:

“Arzu edirəm ki, bütün insanların, el-obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, - deyə Rasim Balayev qeyd edib.

Qeyd edək ki, Rasim Balayev sonuncu dəfə 1986-cı ildə Şuşada olub. Bir müddət əvvəl isə sosial şəbəkələrdə sənətkarın ailəsi  ilə birlikdə 35 il əvvəl İsa bulağında çəkilən fotosu yayılıb.


Tarix: 29-09-2021, 06:48 Oxunub: 426


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031