11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Deputat həbsdə qalan jurnalistə görə ETİRAZ ETDİ

Deputat Sabir Rüstəmxanlı jurnalist Niyaz Niftiyevlə bağlı Milli Məclisdə məsələ qaldırdı. 
Belə ki, parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı  tanınmış jurnalist Niyaz Niftiyevin həbsdə saxlanmasına etiraz edib: 
"Niyaz Niftiyev tanınmış jurnalistdir. Dəfələrlə mükafatlandırılıb. Prezident tərəfindən təltif edilib. Sonradan səhv edib, bələdiyyə üzvü, daha sonra bələdiyyə sədri seçilib. Qısa müddət keçdi, rüşvət aldığı iddia edilib. 
O jurnalist 1 il 3 aydır həbsdədir, xəstə anası var. Hökm verilməyibsə, onu niyə həbsdə saxlayırsınız?". 
Xatırladaq ki, Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri, jurnalist Niyaz Niftiyev 2020-ci ildə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar verməkdə təqsirləndirilir.
Jurnalistə Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi açılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Niyaz Niftiyev cinayət işi üzrə artıq məhkəmə iclası keçirib. Onunla bərabər bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Amma təqsirləndirilənlərdən yalnız N.Niftiyev həbsdədir. Digər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
N.Niftiyev ittihamları qəbul etmir. O bildirir ki, verilən saxta arayışlarda onun imzası olmayıb. NNiftiyev deyir ki, aprelin əvvəlindən sədr kimi işə başlayıb, amma arayışlar martın 31-də verilib və imzalanıb. 
Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi. 
Unikal.org


Tarix: 21-05-2021, 15:04 Oxunub: 281


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?