Ötən gün əfv edilən məhbus bu gün yenidən cinayət törədib

 Abşeron rayonunun Masazır qəsəbəsində yanğın hadisəsi baş verib.
 Hadisəni törədən şəxs Şükürov Ramin yaşadığı evə gəlib həyat yoldaşı Şükürova Mətanəti döyərək ona ağır xəsarət yetirib.
Daha sonra o, evi yandıraraq hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölməsi cəlb edilib. Yanğın söndürülüb.


Qeyd edək ki, R.Şükürov həbsdən ötən gün azad edilib.

Bildirilir ki, Ramin Şükürov ötən gün imzalanan əfv sərəncamı ilə yox, cəza müddəti başa çatdığı üçün həbsdən azad olunub. Belə ki, keçmiş məhkumun adı əfv edilənlərin siyahısında yoxdur.


Tarix: 20-03-2021, 13:02 Oxunub: 439


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?