TƏBİB dayanacaqlara baxsın: orda “məsafə” gözləmək olar?

"Pandemiya dövrü göstərdi ki, TƏBİB-in adı var, özü yoxdur" - bu sözləri bayram günlərində karantinin sərtləşəcəyi ilə bağlı iddialara münasibət bildirən millət vəkili Fəzail Ağamalı  açıqlamasında deyib.
O bildirib ki, TƏBİB lazımı addımları atmaq əvəzinə insanlara həbsxana həyatı yaşadır:
Onsuz da bir ildən çoxdur ki, pandemiyanın yaratdığı problemlərin içərisindəyik, karantinin sərtləşdirilməsinin vacib olması kimi yanaşmalar əsəbləri daha da tarıma çəkir. Məsafə gözlənilərsə, maskadan istifadə və gigiyena qaydalarına riayət edilərsə, insanların hərəkətini məhdudlaşdırmaq lazım deyil. TƏBİB birdən-birə yoluxmanın 500 nəfərə çatmasını araşdırmalıdır. Onun qarşısını alacaq addımlar atmalıdır. Biz pandemiya dövründə bəzi qurumların fədakarlığını görsək də, TƏBİB bu fədakarlığı etmədi. Halbuki onlar proqnozlar verməli, yoluxmanın sayını artıran məsələləri Operativ Qərargaha təqdim etməli və ona uyğun qərar qəbul edilməlidir. Zəhmət çəkib həftəiçi saat 18.00-dan sonra şəhərə çıxıb dayanacaqlarda müşahidələr aparsınlar. İctimai nəqliyyat qaydasında deyil, bu insanlar necə məsafə gözləsinlər?!
Bundan başqa, vaksinlə bağlı təbliğat-təşviqat işlərini genişləndirsinlər. TƏBİB-in hazırkı qərarları xoşagəlməz qərarlardır, çünki heç biri real vəziyyətə uyğun deyil”.


Tarix: 11-03-2021, 16:54 Oxunub: 179


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı