"İntihar sayının karantin məhdudiyyətləri uzandıqca artacağını neçə-neçə alim uzun müddətdir yazırdı. İndi dünyanın hər yerində bu təsdiqlənir” - bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
"Adi axtarışa verin, görün, nə qədər elmi yazılar və jurnalist reportajları tapırsınız. Bir nəfərin acı taleyi söhbəti çox istiqamətə yönəldə bilər, statistika isə hər şeyi izah edir, çünki öz mahiyyətinə görə bir növ "alın yazısı"dır. Məsələn, karantinli ölkələrin birində təkcə iyul-oktyabr aylarında qadınlar arasında intihar halları 37 faiz, gənclər arasında isə 49 faiz artmışdır, deməli, gənc qadınlar xüsusilə çox mənəvi əziyyət çəkir. Küçədə də maska taxmaq kimi ağılsız qərarlar verən Operativ Qərargahın "qandığı qrafa" yoxdur ki, aylarla toy, şənlik, gülər üz görməyəndə ruh halı zəifləmiş insanlar həm də küçədə xoş insan sifəti əvəzinə tibbi maska, xəstəxana ab-havası görəndə daha da depressiyaya girir, intihara meyillənir. Bu sadə şeyləri qanmaqdan ötrü heç psixoloq olmaq lazım deyil, həyat təcrübəsi yetər. Karantinin öldürücü olduğunu bir çox statistik göstəricilər sübut edir, o cümlədən intiharlar statistikası... Bu təcrübə dərhal rədd edilməlidir”-deyə siyasətçi əlavə edib.
Bölməyə aid digər xəbərlər