Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı

    Tanınmış jurnalist Peyman Sadıqov AID GROUP xaricdə təhsil şirkətinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.


Əldə olunan məlumata görə, Peyman Sadıqov şirkətdə tutduğu vəzifədən ayrılaraq əməkdaşlığına son verib. Bununla da o, bir müddətdir davam etdirdiyi fəaliyyətini başa çatdırıb.


Peyman Sadıqovun vəzifədən ayrılması ilə bağlı şirkət tərəfindən hər hansı geniş açıqlama verilməyib. Eyni zamanda, ayrılığın səbəbləri barədə də rəsmi məlumat açıqlanmayıb. Məlum olan odur ki, jurnalist artıq AID GROUP-un mətbuat xidmətinin rəhbəri vəzifəsini icra etmir.


Qeyd edək ki, Peyman Sadıqov 20 ildən artıqdır ki, media sahəsində fəaliyyət göstərən jurnalistlərdən biridir. O, müxtəlif informasiya və kommunikasiya layihələrində iştirak edib, media və ictimaiyyətlə əlaqələr istiqamətində çalışıb.


Xatırladaq ki, AID GROUP-un qurucusu Nigar Fərhaddır. Şirkətdə mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Peyman Sadıqovun ayrılması ilə bağlı gələcəkdə əlavə məlumatın açıqlanacağı istisna edilmir.


Tarix: 24-06-2026, 12:05 Oxunub: 374


Bölməyə aid digər xəbərlər
28-09-2024, 13:23 Prezident Fərman imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31