Təcrübəli mütəxəssislər kursantlarla bilik və təcrübələrini bölüşüblər

     Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə mühazirələr mütəmadi olaraq təşkil edilir. Bu dərslər kursantların həm nəzəri biliklərinin dərinləşdirilməsinə, həm də praktiki təcrübə ilə zənginləşdirilməsinə imkan yaradır.  

    Müxtəlif fənlər üzrə təşkil olunan interaktiv dərslərdə qonaq qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Səbuhi Axundov “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər”, DİN-in Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, polis polkovniki Tərlan Zeynalov “Cinayət işinin başlanması”, DİN-in Baş Narkotiklərə Mübarizə İdarəsinin Tədqiqatlar qrupunun rəhbəri, polis mayoru Nəcəf Aydınsoy “Narkotik vasitələr və psixotrop maddələrlə bağlı cinayətlərin araşdırma metodikası”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, De fendo Vəkil Bürosunun vəkili Vasif Hüseynli “Əmək mübahisələri”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin müdiri, sosiologiya elmləri doktoru, professor Səadət Məmmədova “Hüquq Sosiologiyası” mövzularında mühazirələrlə çıxış ediblər. 

 Dərslər zamanı mühazirəçilər müvafiq sahələr üzrə qanunvericiliyin tətbiqi xüsusiyyətləri, hüquq-mühafizə orqanlarının fəaliyyətində rast gəlinən aktual məsələlər, eləcə də peşə fəaliyyətində əldə etdikləri praktiki təcrübələr barədə məlumat veriblər. Təqdimatlar zamanı nəzəri biliklərlə yanaşı, real iş təcrübəsindən götürülmüş nümunələr əsasında mövzular ətraflı izah olunub, kursantların peşə hazırlığının gücləndirilməsinə xidmət edən mühüm məqamlar diqqətə çatdırılıb.



Tarix: Bu gün, 00:44 Oxunub: 104


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930