Rüşvət almaqda təqsirləndirilən zabitə hökm oxunub

Tabeliyində olan hərbi qulluqçulardan rüşvət almaqda, dələduzluqda təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi qulluqçusu, kapitan Ağamalı Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Hərbi Prokuroluqda aparılıb və Ağamalı Pənahov Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

APA


Tarix: 4-07-2025, 11:02 Oxunub: 336


Bölməyə aid digər xəbərlər
25-04-2025, 18:41 Əvəz Zeynallı azad edildi


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031