Satışdakı qidalara əlavə olunan "E" indeksli qatqılar insan sağlamlığına ciddi zərər verir

      Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.

Bu məhsulların praktikliyi və cəlbedici görünüşü diqqət çəksə də, onların sağlamlıq üçün potensial təhlükə mənbəyi olduğu unudulmamalıdır.

      Mütəxəssislər xəbərdarlıq edirlər ki, marketlərdən alınan bu məhsulların etiketləri çox zaman diqqətdən kənarda qalır. Halbuki həmin etiketlərdə qeyd olunan kodlar,  yəni "E" indeksli qatqılar insan sağlamlığına ciddi zərər verə bilər.

      Kodların hər birinin öz mənası var. Onlar rəngləndirici, durulaşdırıcı, eyni zamanda həcmverici funksiyasını daşıyır. Qida üzrə ekspertlər deyirlər ki, istisna rəqəmlər var ki, həmin rəqəmlərin olduğu məhsulları qəbul etmək hətta xərçəng xəstəliyinə səbəb olur.

      Kodlar Avropa İttifaqının qidalara verdiyi kod sisteminin başlanğıcıdır. Şifrələrin 100-dən 1500-ə qədər davam etməsinə baxmayaraq, hamısı zərərli hesab edilmir. Amma sintetik mənşəli qida əlavələri var ki, bəzi ölkələrdə istifadəsi qadağan edilib.

     Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qidalara qatılan əlavələrin normaları adıçəkilən qurumun 42 saylı Kollegiya Qərarı ilə tənzimlənir. Qərara əsasən, yalnız uşaq qidalarında əlavə qatqıya icazə verilmir.

      Digər məhsullarda isə norma həddi gözlənilir.

      Ətraflı Baku TV-nin süjetində:


Tarix: 30-04-2025, 08:28 Oxunub: 599


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930