Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun məhkəməsi başlayıb

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Zibeydə Sadıqova Bəhruz Səmədov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.

Məhkəmə müşavirədən sonra vəkilin vəsatətini təmin etməyib və cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb.

Məhkəmənin baxış iclası martın 7-nə təyin olunub.

O da bildirilib ki, iş üzrə növbəti proseslər qapalı keçiriləcək.

Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. DTX tərəfindən ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

APA


Tarix: 21-02-2025, 15:36 Oxunub: 729


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930