Azərbaycanda iki bankın vəzifəli şəxsi cərimələnib

       “Yapı Kredi Bank Azərbaycan” QSC və "PAŞA Bank” ASC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib.

     Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 8 min manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə "Paşa Bank" ASC-nin vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.


Şükran Məmmədov, APA

Tarix: 6-02-2025, 10:26 Oxunub: 404


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930