18:05 / 01-02-2025
Fevral ayının hava proqnozu
AZAL Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırıb

      Son zamanlar, o cümlədən bu gün Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

     AZAl-dan  verilən məlumata görə, bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

     AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.


Emil İsmayılov, APA

Tarix: Сегодня, 12:49 Oxunub: 27


Bölməyə aid digər xəbərlər
28-09-2024, 13:23 Prezident Fərman imzaladı