Daha bir tiktoker həbs olundu

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Belə ki, Əsgər Səməndər oğlu Əlizadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu gün, həmçinin Yasamal Rayon Məhkəməsinin qərarı ilə Tiktok sosial şəbəkəsində şairə kimi tanınan İlhamə Elşadqızı barəsində də eyni maddə üzrə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Tarix: 27-12-2024, 14:23 Oxunub: 467


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31