11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bakıda polis əmrə tabe olmayan şəxslərə atəş açıb, yaralanan var

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin martın 30-da yaydığı birgə məlumatda  deyilir ki, martın 29-da gecə saatlarında  polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah gəzdirməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunmuş Vüsal Səmədov  avtomobillə Yasamal rayonunda polislər tərəfindən saxlanılıb. 

Onun idarə etdiyi maşını polislərin istifadəsində olan iki avtomobilə vuraraq, hadisə yerindən qaçmağa cəhd göstərdiyi bildirilir: "Polislər qanunsuz əməllərin qarşısını almaq məqsədi ilə dəfələrlə xəbərdarlıq etsələr də, Vüsal Səmədov onlara itaətsizlik göstərib. Bundan sonra polis əməkdaşları xidməti silahdan havaya xəbərdarlıq atəşi açıb, avtomobilin təkərinə və arxa qapısına atəş açaraq onu dayandırıblar". 

Məlumatda həmçinin qeyd olunub ki, sürücü Vüsal Səmədov və sərnişinlər - əvvəllər dəfələrlə məhkum olunmuş Abid İsmayılov və Əmrah Əhmədov saxlanılıblar, avtomobilə keçirilən baxış zamanı isə satış məqsədi ilə saxlanılan narkotik vasitə hesab edilən 26 bükümdə heroin və metamfetomin aşkar olunaraq götürülüb. 

Hadisə nəticəsində polis əməkdaşlarının xidməti avtomobillərinə ziyan dəyib, şübhəli şəxs qismində saxlanılan Əmrah Əhmədov güllə yarası alaraq xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3 (külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

"İş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, istintaqın aparılması prokurorluq orqanlarına həvalə edilib", - məlumatda qeyd olunub.


Tarix: 30-03-2021, 23:31 Oxunub: 386


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?