Deputat kəndçilərə xəstə heyvan verildiyini dedi - Nazir etiraz etdi

     "Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var" - bunu Milli Məclisdə "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
 
      Deputat qeyd edib ki, xəstə heyvanları insanlara verirlər: 
      "Belə ki, qapıdan ancaq həyətə daxil olur. Bundan 3 gün sonra ölür. Onların bunu bir dəfə almaq şansı var, onu da belə edirlər. Mobil telefonu alanda ona bir illik zəmanət verilir. Kəndçiyə özünü təmin etmək üçün iki inək verirsinizsə, onu bir illik sığortalayın. Heç olmasa, 3 aylıq qidasını verin. Həmin şəxs bunu kefdən yox, ehtiyacdan alır", deyə deputat bildirib.

      Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyev isə deputata etiraz edərək, araşdırılmamış məlumatların verilməməsini qeyd edib:
      "Xahiş edirəm, araşdırılmamış məlumat verilməsin. Təqdim olunan heyvanlarla bağlı videolar çəkilir, onların bütün sertifikatlarlı təqdim olunur".


Qafqaz Rafiqoğlu 


Tarix: Сегодня, 07:55 Oxunub: 22


Bölməyə aid digər xəbərlər
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?