11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Azərbaycanda un bahalaşdı - Yeni qiymətlər

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.
Qaynarinfo İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.

Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25,95-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25,30-27,50 manat təşkil edirdi.

Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "SKY AGRO” MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir.

Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,70 manat;

"ATS MİLL", "Taxıl AQRO” və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;


"Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,20 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat;

"Bakı Taxıl Terminalı”, "Hazartürk LTD", "KARAT HOLDİNQ”, "Dəniz un sənayesi LTD", "Sünbül 2012", "Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;

"SKY AGRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 25,95 manat.




Tarix: 5-11-2024, 14:54 Oxunub: 107


Bölməyə aid digər xəbərlər