Həkimlər qazanc güdür, bu dərmanların faydası yoxdur, yalnız ziyanı var – Pediatrdan vacib çağırış

    “Günümüzdə geniş yayılan problemlərdən biri də çox yazılan dərmanlardır. Mənasız dərmanların fəsadları çoxdur. Vaxt var uşaqlara ancaq lazım olan dərmanlar təyin olunurdu, evlərdə bu qədər dərman yox idi” - bunu pediatr Aytən İsmayılzadə uşaqlara yazılan qida əlavələri və vitaminlər barədə danışarkən deyib. O bildirib ki, firma dərmanları yalnız qazanc güdməyə xidmət edir:
“Mən həkim ailəsində olmuşam, anam bronxial astmadan əziyyət çəkirdi, amma bizim evdə belə o qədər dərman olmayıb.

     Bu gün bir uşaq olan evlərdə çox sayda dərman var. Şüşələr, butulkalar, şamlar həblər və s. Heç kimdən çəkinmədən dəfələrlə demişəm və deyirəm ki, həkimlər dərman yazarkən öz mənafeyini də güdür. İnsanlar bunu bilsinlər və qurbana çevrilməsinlər. Bu mənasız dərmanların satılmasında həkim də, apteklər də maraqlı olur. Ölkəyə gətirilən firma dərmanlarının mənası odur ki, bu dərmanlar hansısa ölkədə buradan sifarişlə istehsal edilir. Maya dəyəri çox ucuz, tərkibi bəlli olmur, qatqılıdır və uşaqlara zərər verir, heç bir faydası yoxdur.İndi xaricdən dərman gətizdirmək dəb düşüb. Məsələn, Kanadadan gətizdirirlər. Məgər Kanadadakı sənin uşaının sağlamlığına xidmət edəcək? Yox. Hamısı qazanc güdür. Və bu gün nə dəbdədirsə, onun satışı verilir. Bu, bir marketinqdir”.
Həkimin sözlərinə görə, qida əlavələri və vitaminlər heç bir halda immuniteti gücləndirə bilməz. A.İsmayılzadə valideynləri dərman firmalarının qurbanına çevrilməyə çağırıb:

     “İnsanların immunitet qazanmaq üçün təbiətdə olması kifayətdir. Təbiətdə isə hər şey var. Əgər uşaq təbiətdə deyilsə, yəni binanın içindədir, ayaq yerdən üzülüb, betonun üstündədir, sonra məktəbin içindədir, maşının içindədir. Ayda-ildə bir dəfə haçansa parka gedirsə, orada da ayaqqabı ilə gəzirsə, qapalı oyun zallarına aparılırsa, o əlbəttə ki, sağlamlıq problemləri yaşayacaq. Amma biz bu çatışmazlıqları bioloji aktiv əlavələrlə vitamin kompleksləri, balıq yağları ilə doldura bilmərik, mümkün deyil. Bu, sadəcə özümüzü aldatmaq, sakitləşdirməkdir. Bu sakitləşməkdən də uşaq immunitet baxımından heç nə qazanmır, əlavə qatqılı maddələr isə qazanır. Məsələn, uşaq balıq yağlarının tərkibindən ağır metalları qazanır, hər hansı bir vitamin komplekslərindən qatqı maddələri, dadlandırıcılar qazanır, allergik fonu güclənir”.


Tarix: 2-10-2024, 12:29 Oxunub: 344


Bölməyə aid digər xəbərlər