Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək — SİYAHI

     VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarlara deputat vəsiqələri də təqdim olunub.
    Yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.VII çağırış Milli Məclisin 15 komitəsi formalaşdırılıb. Komitə sədrləri aşağıdakı deputatlar seçilib:

– İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Əmiraslanov
– Elm və təhsil komitəsi – Anar İskəndərov
– Regional məsələlər komitəsi – Siyavuş Novruzov
– Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Arzu Nağıyev
– İnsan hüquqları komitəsi – Zahid Oruc
– Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Sadiq Qurbanov
– Aqrar siyasət komitəsi – Tahir Rzayev
– Əmək və sosial siyasət komitəsi – Musa Quliyev
– Mədəniyyət komitəsi – Polad Bülbüloğlu
– Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov
– Səhiyyə komitəsi – Əhliman Əmiraslanov
– Ailə, qadın və uşaq məsələləri komitəsi – Hicran Hüseynova
– Gənclər və idman komitəsi – Şahin İsmayılov
– İctimai birliklər və dini qurumlar komitəsi – Fazil Mustafa
– Hüquq siyasəti və dövlət quruculuğu – Əli Hüseynli.

    Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.


Tarix: 1-10-2024, 10:02 Oxunub: 520


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31