11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Azərişıq” ASC-nin əməkdaşı islah işləri cəzasına məhkum edildi

       Astara Rayon Məhkəməsində əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Yunis İslamovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
    Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

    İttihama görə, Yunis İslamov “Azərişıq” ASC-nin “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsində usta vəzifəsində çalışır. O, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq, kəsici tərəfi olan elektrik dirəyində sintetik parça materialdan ibarət qoruyucu kəmərdən istifadə edilməsi ilə bağlı təhlükəsizlik tədbirlərini təmin etməyib. Belə ki, 14 fevral 2024-cü il tarixdə, saat 14 radələrində qurumun elektrik montyoru, zərərçəkmiş Mayıl Babaşzadə (şərti) Astara rayonu Artupa kəndində elektrik dirəyinə qalxaraq elektrik xətləri çəkən zaman qoruyucu kəməri qırılıb. Nəticədə o, dirəkdən yıxılaraq xəsarətləri alıb. Hadisədən sonra İdarənin ustası Yunis İslamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Tarix: 16-08-2024, 08:28 Oxunub: 290


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı